VTEM Banners
VTEM Banners
VTEM Banners

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında

     Ardını oxu...

      Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Öz fəaliyyətinin əvvəlində cəmi iki ağacdan düzəldilmiş körpüsü və azsaylı dokerləri olan Liman, keçən bir əsrdən artıq dövr ərzində daim inkişaf edərək Azərbaycanın əsas dəniz qapısına çevrilmiş və trans-Xəzər ticarətində mühüm rol oynayır. Liman bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, TARİXİ İPƏK YOLUNUN BƏRPASI olan TRACECA layihəsində körpü rolunu oynayır. Aprel ayından noyabr ayınadək, Rusiyanın daxili su yollarında naviqasiya açıq olanda gəmilər Qərbi Avropa və Qara Dəniz limanlarından Bakı limanına birbaşa reyslər edə bilərlər.